• Haqqımızda
    Ümumi məlumat Əsasnamə Struktur
  • Fəaliyyət
    Fəaliyyət istiqamətləri Beynəlxalq əməkdaşlıq
  • Qanunvericilik
    Konstitusiya Qanunlar Azərbaycan Respublikası Prezidentinin aktları Digər aktlar Nazirlər Kabinetinin aktları
  • Xidmətlər
    Elektron xidmətlər Dövlət xidmətləri
  • Media
    Xəbərlər Fotoqalereya Videoqalereya Hesabatlar Satınalmalar
  • Əlaqə
    Ünvan Onlayn müraciət Qəbul günləri
  • Haqqımızda
    Ümumi məlumat Əsasnamə Struktur
  • Fəaliyyət
    Fəaliyyət istiqamətləri Beynəlxalq əməkdaşlıq
  • Qanunvericilik
    Konstitusiya Qanunlar Azərbaycan Respublikası Prezidentinin aktları Digər aktlar Nazirlər Kabinetinin aktları
  • Xidmətlər
    Elektron xidmətlər Dövlət xidmətləri
  • Media
    Xəbərlər Fotoqalereya Videoqalereya Hesabatlar Satınalmalar
  • Əlaqə
    Ünvan Onlayn müraciət Qəbul günləri

Fars körfəzini Qara dənizə birləşdirən tranzit marşrutu üzrə sınaq yürüşlərinə başlanılıb

Cənubi Qafqazda Azərbaycanın iştirakı ilə növbəti regional əməkdaşlıq platforması yaradılır. Belə ki, hazırda Fars körfəzini Qara dənizə birləşdirən tranzit marşrutu üzrə Azərbaycan, İran və Gürcüstan ərazisindən keçməklə ilk sınaq yürüşü həyata keçirilir.

Üç ölkənin nəqliyyat vasitələrindən ibarət avtomobil karvanı İran Biləsuvarından Azərbaycana, sonra Gürcüstan limanlarına, oradan Bolqarıstana, daha sonra quru yolla Şərqi Avropanın digər ölkələrinə hərəkət edəcək. Marşrut İranın cənubunda Fars körfəzindən başlayıb Avropaya kimi davam edir.

Dekabrın 22-də Təbriz şəhərindən Azərbaycan, İran və Gürcüstan nəqliyyat vasitələrindən ibarət karvanın təntənəli yola salınması mərasimi keçirilib. Tədbirdə İran İslam Respublikasının nəqliyyat qurumlarının, Şərqi Azərbaycan Vilayətinin, Azərbaycan və Gürcüstanın İrandakı səfirliklərinin nümayəndələri iştirak ediblər.

Bu gün avtomobil karvanı Azərbaycana çatıb.

Sınaq yürüşünün icrası zamanı əldə olunacaq nəticələr araşdırılacaq, marşrutun səmərəliliyi təhlil ediləcək.

Qeyd edək ki, gələcəkdə bu dəhliz üzərindən dəmir yolu yükdaşımalarının da həyata keçirilməsi mümkün olacaq.

Layihəyə əsasən həm də Cənubi Asiya ölkələri dəhliz vasitəsilə Qərbə daha bir yol əldə edəcəklər.

Bu nəqliyyat dəhlizi və onun gələcəkdə istifadəsinin genişləndirilməsi region ölkələri üçün mühüm iqtisadi üstünlüklər vəd edir. Dəhliz həm tranzit yükdaşımaları, həm də dünya bazarına çıxış baxımından böyük önəm kəsb edir. Bu da regiondakı böyük nəqliyyat-kommunikasiya layihələrinin əsas təşəbbüskarı və aparıcı qüvvəsi olan Azərbaycanın nəqliyyat habı olaraq mövqeyinin möhkəmlənməsinə, beynəlxalq yükdaşımalardan əldə etdiyi gəlirlərin artmasına şərait yaradacaq. Nəticədə ölkəmizin strateji mövqeyi daha da güclənəcək.

 

 

Haqqımızda Ümumi məlumat Əsasnamə Struktur
Fəaliyyət Fəaliyyət istiqamətləri Beynəlxalq əməkdaşlıq
Qanunvericilik Konstitusiya Qanunlar Azərbaycan Respublikası Prezidentinin aktları Digər aktlar Nazirlər Kabinetinin aktları
Xidmətlər Elektron xidmətlər Dövlət xidmətləri
Media Xəbərlər Fotoqalereya Videoqalereya Hesabatlar Satınalmalar
Əlaqə Ünvan Onlayn müraciət Qəbul günləri

DÖVLƏT AVTOMOBİL NƏQLİYYATI XİDMƏTİ