Azərbaycan Respublikası Beynəlxalq Nəqliyyat Forumu, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı, BMT-nin Avropa İqtisadi Komissiyası, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyinin Nəqliyyat Əlaqələndirmə Müşavirəsi kimi beynəlxalq təşkilatlar çərçivəsində avtomobil nəqliyyatı sahəsində əməkdaşlıq edir.
Azərbaycan Respublikası avtomobil nəqliyyatı ilə əlaqəli aşağıdakı beynəlxalq Konvensiya, Saziş və Müqavilələrə qoşulmuşdur:
Azərbaycan Respublikası Hökuməti ilə digər dövlətlərin Hökumətləri arasında beynəlxalq avtomobil daşımaları ilə bağlı aşağıdakı Sazişlər imzalanmışdır:
Hazırda Bosniya-Herseqovina, Macarıstan, Estoniya, Makedoniya, Litva, Qırğızıstan, Çin Xalq Respublikası, Hindistan, Pakistan və s. ölkələr ilə hazırlanmış beynəlxalq avtomobil əlaqələri haqqında Saziş layihələri müvafiq prosedurları keçməkdədir.
"İcazə" blanklarının mübadiləsi və avtodaşıyıcılara verilməsi prinsipləri Azərbaycan Respublikası Hökumətinin xarici ölkələrin Hökumətləri ilə imzaladığı beynəlxalq ikitərəfli Sazişlərin tələblərinə uyğun olaraq, bu sahədə Qarışıq Komissiyaların Protokollarına əsasən müəyyən olunur.
Milli avtodaşıyıcılara "İcazə" blankları qanunvericiliyin tələblərinə əsasən, daşıyıcıların tələbatına görə, nəqliyyat vasitəsinin beynəlxalq daşımalara uyğunluğu, hərəkət marşrutu, yük axını və həcmi nəzərə alınmaqla Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən verilir.
Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli "İcazə"ləri milli avtodaşıyıcılarımıza BNF-nin təsdiq etdiyi xüsusi Təlimatlar əsasında verilir. Bu təlimatlar Beynəlxalq Nəqliyyat Forumunun Fransanın Paris şəhərində yerləşən mərkəzi orqanında, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşlarının da iştirak etdikləri Konfranslarda müzakirə olunub təsdiqlənir.